"Kəpəz"in "İnter"lə oyunlarda qələbə həsrəti davam edir. Fanat.az xəbər verir ki, Gəncə klubu Premyer Liqanın XXX turunda bakılıları qəbul edib və meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
"Kəpəz" sonuncu dəfə Premyer Liqada "İnter"i 2010-cu ildə yenib. Həmin vaxt "Gəncə" adlanan komanda sentyabrın 26-da doğma meydanda baş tutan oyunda "bankirlər"i 1:0 hesabı ilə yenib. Bundan sonra 9 oyunda gəncəlilər qələbəyə həsrət qalıb. Bu matçlardan 6-da "İnter" qələbə qazanıb, 3-də heç-heçə qeydə alınıb. Bakı klubu top fərqində rəqibini üstələyir - 10:2.
| Tur | Oyun | Nəticə | Tamaşaçı |
| IV | Qarabağ - Neftçi | 2:2 | 4000 |
| XIV | Neftçi - Qarabağ | 1:0 | 6500 |
| XXII | Qarabağ - Neftçi | 2:0 | 3000 |
| XXX | Neftçi - Qarabağ | 1:2 | 6500 |
Fanat.az