Premyer Liqanın XXXIII turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Kəpəz"in heyətində itkilər var. Fanat.az xəbər verir ki, Gəncə klubunun 3 futbolçusu zədələnib.
Şəhriyar Əliyev, Şəhriyar Rəhimov və Ceyhun Cavadov "Rəvan"la oyundan sonra zədə alıb. Onların "Xəzər Lənkəran"a qarşı oynayıb-oynamayacağı bilinmir.
Fanat.az