"Kəpəz"i kapitanı, "İnter"i azarkeşi ziyana saldı

"Kəpəz"i kapitanı, "İnter"i azarkeşi ziyana saldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın X turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Kəpəz"in kapitanı Tural Axundov bir oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib. Buna səbəb futbolçunun "Zirə" ilə oyunun 70-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulması olub. "Kəpəz" həmçinin 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimə edilib.

“İnter” - “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olmuş və oyunda fasilə yaranmışdı. AFFA Bakı buna görə klubunu 4000 manat cərimələyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər