"Kəpəz"i dəstəkləmək istəyənlərin nəzərinə!

"Kəpəz"i dəstəkləmək istəyənlərin nəzərinə!
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Moldova "Daçiya”sı ilə qarşılaşacaq "Kəpəz" azarkeşlərinə müraciət ünvanlayıb.
Fanat.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:
"UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Bakıda keçiriləcək "Kəpəz” – "Daçiya” oyununa Gəncədən getmək istəyənlər bu gündən başlayaraq iyunun 27-i, saat 18:00-a qədər qeydiyyatdan keçməli , iyunun 28-də, saat 12:30-da isə Gəncə şəhər stadionunun kassalarının qarşısında olmalıdılar.
"Kəpəz” PFK-nın Müşahidə Şurasının rəhbərliyi tərəfindən pulsuz olaraq ayrılan avtobuslara minmək üçün əvvəlcə oyuna bilet alınmalıdır. Qiyməti 1 manat ( VİP 5 manat) olan biletlər stadionun kassalarında satılacaq".
"Kəpəz"i dəstəkləmək istəyənlərin nəzərinə!
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər