"Kəpəz"ə keçməyim düşərli oldu" - Namiq Ələsgərov

"Kəpəz"ə keçməyim düşərli oldu" - Namiq Ələsgərov

"Demək olar ki, bir ildən sonra yenidən yığmaya çağırıldım. Ötən ilin martın sonunda Malta ilə görüşdə millinin heyətində ağır zədə almışdım. Uzun müddət müalicə olundum. Bərpa prosesindən sonra məşqlərə başladım, qışda “Kəpəz”dən dəvət alıb bu komandaya keçdim". 

Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Namiq Ələsgərov klubun rəsmi saytına açıqlamasında deyib. 

Yenidən yığmaya dəvət alması haqda danışan N.Ələsgərov bunları bildirib: "Gəncə klubuna keçməyim düşərli oldu, yenidən yığmanın məşqçilər korpusunun diqqətini cəlb etdim. Robert Prosineçki Gəncədə oyunumu izlədikdən sonra haqqımda xoş sözlər söyləmiş, belə davam edəcəyim təqdirdə yığmaya dəvət alacağımı bildirmişdi. Təbii ki, bunun üçün sevinirəm”.

"Kəpəz"ə keçməyim düşərli oldu" - Namiq Ələsgərov

Azərbaycan - Malta oyunu: Ağır zədə alan Namiq Ələsgərov uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər