"Kəpəz"dən söyüşlə bağlı müraciət

"Kəpəz"dən söyüşlə bağlı müraciət

"Kəpəz" fan-klubu azarkeşlərə müraciət edib. Fanat.az xəbər verir ki, fan-klub azarkeşləri oyunlar zamanı stadionda qeyri-etik ifadələr işlətməməyə çağırıb:

"Kəpəz" PFK-nın ev oyunlarının əksəriyyətində xanım azərkeşlərə təsadüf olunur. Əks cinsin nümayəndələri ilə yanaşı, xanım fanatların da komandamıza dəstək olması klubun üzvləri kimi bizi - "Kəpəz" Müstəqil fan-klubunu da sevindirir. Zərif cins nümayəndələrinin sırf Gəncə şəhər stadionunda olsa belə, daim komandamıza dəsteyinin şahidi olmaq üçün fan-klub olaraq, "Kəpəz" fanatlarından tək ev oyunlarında deyil, səfər oyunlarında da emosiyalarina hakim olub, təhqirə yol verməmələrini rica edirik. Unutmamalıyıq ki, klubun səfər oyunları sözegedən xanım azərkeşlər tərəfindən televiziya vasitəsilə də birbaşa izlənilir və oyunboyu fanatlar tərəfindən səslənən ifadələr şərhçilərin səsinin fonunda olsa belə, aydın eşidilir. "Kəpəz" azərkeşlərinin nüfuzuna xələl gətirən bu cür halların Topaz Premyer Liqasınınn XXVI turu çərçivəsində reallaşacaq "Kəpəz" - "Xəzər Lənkəran" matçında təkrarlanmaması diləyilə xanim fanatlar başda olmaqla bütün azərkeşləri oyuna, komandamızı qələbəyə səsləyirik!".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər