"Kəpəz"dən ilk transfer

"Kəpəz"dən ilk transfer
Transfer çalışmalarına start verən "Kəpəz" artıq bir futbolçu ilə razılıq əldə edib. Fanat.az xəbər verir ki, Gəncə klubu "Xəzər Lənkəran"dan Tural Qürbətovla anlaşıb. 
Tural Qürbətov qış fasiləsində "Rəvan"dan "Xəzər Lənkəran"a keçib. Lənkəran klubunun heyətində 16 rəsmi oyuna çıxan 23 yaşlı hücumçu 3 qol vurub. Tural əvvəllər "Bakı" və "Lokomotiv-Biləcəri"də çıxış edib.
Qeyd edək ki, "Kəpəz" Tərlan Quliyev, Namiq Ələsgərov, Bəxtiyar Soltanov və Juninyo ilə yollarını ayırıb, Julien Ebah və Tadas Simaitislə yollarını ayırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər