"Kəpəz"dən gedən milli üzvü Bakı klubu ilə anlaşdı

"Kəpəz"dən gedən milli üzvü Bakı klubu ilə anlaşdı

Mövsümün ilk yarısını "Kəpəz"də keçirən futbolçu karyerasını Bakı klubunda davam etdirəcək. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi ilə vidalaşan mərkəz müdafiəçisi Raul Məmmədov 1-ci Liqada mübarizə aparan "Səbail"lə razılığa gəlib. 

"Kəpəz"in ayrılığı, "dənizçilər"in isə yeni transferi yaxın günlərdə açıqlayacağı gözlənilir.

Raul mövsümün geridə qalan hissəsində "sarı-göylər"in forması ilə 5 matça çıxıb ki, bunlardan da 4-ü Misli Premyer Liqası, 1-i isə Bizon Azərbaycan Kuboku çərçivəsində baş tutub. U-21 millisinin üzvü ümumilikdə 239 dəqiqə meydanda olub və məhsuldar göstəricilərlə yadda qalmayıb. 

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər