"Kəpəz"də yeni futbolçu

"Kəpəz"də yeni futbolçu
Noyabrın 27-də Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” oyun öncəsi son məşqini keçirib. Fanat.az xəbər verir ki, hazırlıq prosesi Gəncə şəhər stadionunda baş tutub. 
Təxminən bir saat sürən məşq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra toplu çalışmalara diqqət ayıran futbolçular müxtəlif məsafələrdən qapıya doğru zərbələrlə kifayətləniblər.
Heyətdə cəzalı və zədəli oyunçuların olması səbəbindən baş məşqçi Şahin Diniyev qarşıdakı oyun üçün əvəzedici heyətdən Əli Səmədovu əsas komandaya cəlb edib. Bu gün komanda ilə birgə məşqə çıxan gənc yarımmüdafiəçi “İnter” ilə matç üçün “18-liy”ə daxil ediləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər