“Qarabağ”la Gəncədə keçirilən çempionat oyununda zədələnərək əvəzlənən “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, futbolçu MRT müayinəsindən keçib və aldığı xəsarətin ciddi olduğu müəyyənləşib.
Klubun tibb personalının diaqnozuna əsasən müdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Əliyevin diz oynağının kollarateral bağı zədələnib.
Fanat.Az