"Kəpəz"də kritik gün: Yeni baş məşqçinin adı açıqlana bilər

"Kəpəz"də kritik gün: Yeni baş məşqçinin adı açıqlana bilər

Mövsümə uğursuz start verən "Kəpəz" ciddi dəyişiklik ərəfəsindədir. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisində bu gün klubdaxili toplantı gözlənilir.  

Milli komandaların oyunlarına görə yaranan fasiləni fürsət bilən rəhbərlik təcili toplanmaqla baş məşqçi dəyişikliyini reallaşdırmağı qərara alıb. Üç turda 3 məğlubiyyətlə üzləşən "sarı-göylər"in baş məşqçisi Adil Şükürovun istefaya göndərilməsinə qərar verilib. Onun klubun akademiyasına rəhbər təyin olunacağı gözlənilir. Gəncə klubunun rəhbərliyi Şükürova təzminat verməmək üçün çıxış yolunu onun akademiyada çalışmasına şərait yaratmaqda görüb. Baş məşqçi postu isə Vaqif Cavadova etibar olunacaq. Tərəflərin artıq razılığa gəldiyi bildirilir. 

Qeyd edək ki, ötən mövsüm komandanı Premyer Liqada saxlamasına rəğmən, Azər Bağırovu Adil Şükürovla əvəzləyən rəhbərlik təzyiqlərlə üzləşib. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər