"Kəpəz"də iki zədəli futbolçu

"Kəpəz"də iki zədəli futbolçu

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya”nın qonağı olacaq “Kəpəz” hazırlığı davam etdirir.

Fanat.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "sarı-göylər" Bakıda hazırlaşır. 

Komanda qarşıdakı matç öncəsi paytaxtda son iki məşqini bu gün və sabah keçəcək. Gəncə təmsilçisinin məşqləri “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında saat 17:30-da başlayacaq.

“Kəpəz”in heyətində iki futbolçunun yüngül zədəsi var. Tural Nərimanov və Tural Rzayevin müəyyən ağrıları olsa da, klubun tibbi presonalının səyi nəticəsində hər iki futbolçu hazırlıq prosesində iştirak edə bilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər