"Kəpəz"də iki əskik

"Kəpəz"də iki əskik

"Kəpəz" iki itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Şahin Diniyev kapitan Tural Axundovla braziliyalı müdafiəçi Renan Silvanın xidmətindən məhrum olub.

Tural "Zirə" ilə matçda qırmızı vərəqə alıb. 21-ci dəqiqədə qeyri-idman hərəkətinə, 70-ci dəqiqədə hakim qərarına etiraza görə "sarı" alan kapitan meydandan qovulub.

Renan Silva isə sarı vərəqə limitini doldurub. "Zirə" matçının 29-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan braziliyalı cari mövsümdə 4-cü dəfə sarı vərəqə alıb.

Hər iki futbolçu XI turun "Sumqayıt"la oyununu buraxacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər