Bakıda təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasına bu gün əvəzedici heyətin 6 üzvü qoşulub.
Fanat.Az xəbər verir ki, baş məşqçi Şahin Diniyevin qərarına əsasən, hücumçu Fərid Məmmədov, yarımmüdafiəçilər Emin Zamanov, Əli Səmədov, Yusif Cəfərov, müdafiəçilər Qaraxan Əliyev və Elcan Rəhimov Bakıya çağırılıb. Bu futbolçular mövsümün ilk yarısı ərzində çempionat və kubok matçları üçün mütamadi olaraq əsas komandaya cəlb olunub.
Əvəzedici heyətdən gələn oyunçular təlim-məşq toplanışı ilə yanaşı, yoxlama matçlarında da forma geyinmək şansı qazanacaq.
Fanat.Az