"Kəpəz" bəzi futbolçuları ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, gəncə klubu 6 üzvü ilə yeni müqavilə imzalayıb.
Belə ki, kapitan Tural Axundov, Tural Nərimanov, Tural Rzayev, Eyyub Əliyev, Şəhriyar Rəhimov və Kərim Diniyevlə müqavilələrin müddəti uzadılıb.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Dario Federiko, Tadas Simaitis və Julien Ebahla da müqaviləni uzatmışdı. Eyni zamanda Şəhriyar Əliyev yenidən "Qarabağ"da bir illik icarəyə götürülüb. Gəncə klubu həmçinin Tural Qürbətov və Vüqar Bəybalayevlə anlaşıb.
Fanat.az