"Kəpəz" U-21 millimizlə qarşılaşacaq

"Kəpəz" U-21 millimizlə qarşılaşacaq

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Topaz Premyer Liqasında yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirəcək.

Fanat.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Gəncə təmsilçisinin rəqibi artıq müəyyənləşib.

“Sarı-göylər” Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda Farer adaları komandası ilə qarşılaşmaya hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə oynayacaq. Görüş avqustun 31-də keçiriləcək.

Fanat.Az

wso shell

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər