"Kəpəz" Şahverdiyevlə yollarını ayırdı - RƏSMİ

"Kəpəz" Şahverdiyevlə yollarını ayırdı - RƏSMİ

"Kəpəz" futbolçu Ehtiram Şahverdiyevlə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı Gəncə təmsilçisinin mətbuat xidməti yayıb.

29 yaşlı yarımmüdafiəçinin müddəti başa çatan müqaviləsi yenilənməyib.

Şahverdiyev ötən mövsüm "Kəpəz"də 32 oyuna çıxaraq 1 qola imza atıb. 

"Sarı-göylər" bu yay daha öncə Rauf Hüseynli ("Şəfa"), Məhəmməd Hüseynov ("Şəfa"), Fərid Nəbiyev ("İmişli"), Luis Paçu, Camal Cəfərov və Yusif İmanovla da vidalaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər