"Kəpəz" "Karvan-Yevlax"la oyuna neçə itki ilə çıxacaq?

"Kəpəz" "Karvan-Yevlax"la oyuna neçə itki ilə çıxacaq?

Misli Premyer Liqasının (MPL) 12-ci turunda "Karvan-Yevlax"ın qonağı olacaq "Kəpəz"in oyuna neçə itki ilə çıxacağı bəllidir.

Klubdan Fanat.Az-a verilən məlumata görə, Gəncə təmsilçisinin cəzalı futbolçusu yoxdur.

Baş məşqçi Azər Bağırov Yevlaxdakı qarşılaşmada yalnız bir oyunçunun xidmətindən istifadə edə bilməyəcək ki, o da bir neçə gün öncə zədə səbəbindən əməliyyat olunan Mahamadu Badır.

Qeyd edək ki, hazırda 3 xalı olan "Kəpəz" MPL-in turnir cədvəlində sonuncu - 12-ci pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər