"Kəpəz" "Karvan-Yevlax"la oyun ərəfəsində sınaq matçına çıxacaqmı? - Dəqiqləşdi

"Kəpəz" "Karvan-Yevlax"la oyun ərəfəsində sınaq matçına çıxacaqmı? - Dəqiqləşdi

Misli Premyer Liqasının (MPL) 11-ci turunda meydan sahibi qismində Qəbələdə "Sabah"a uduzan "Kəpəz"in millilərin oyunları ilə əlaqədar yaranan fasilədən necə istifadə edəcəyi dəqiqləşib.

"Sarı-göylər"in baş məşqçisi Azər Bağırovun Fanat.Az-a verdiyi məlumata görə, Gəncə təmsilçisi yoxlama oyunu keçirməyəcək:

"Qısa istirahətdən sonra məşqlər bərpa olunub. Komanda bəzi günlərdə bir, bəzi günlərdə iki məşq edir. Fiziki durumun yaxşılaşdırılması üçün bu proqramın tətbiqini uyğun saydıq. Sınaq qarşılaşması nəzərdə tutulmayıb".

Qeyd edək ki, "Kəpəz" MPL-in 12-ci turunda "Karvan-Yevlax"ın qonağı olacaq.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər