"Kəpəz" - "Daçiya" oyununun hakimləri bəlli oldu

"Kəpəz" - "Daçiya" oyununun hakimləri bəlli oldu
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlanıb. Famat.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Kəpəz”in "Daçiya” ilə ilk görüşünü idarə edəcək hakim müəyyənləşib.
 
UEFA iyunun 28-də "Dalğa Arena”da keçiriləcək görüş üçün qazaxıstanlı Aleksandr Qauzeri Bakıya göndərəcək. Ona Sergey Vassyutin və Alibek Aubakirov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniyar Saki yerinə yetirəcək. Matçın UEFA nümayəndəsi Leonid Kaloşin (Rusiya), hakim-inspektoru isə Oleq Çikun (Belarus) olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər