"Kəpəz" - "Ağsu" oyununu don vurdu

"Kəpəz" - "Ağsu" oyununu don vurdu
Bu gün “Dalğa Arena”da keçirilməli olan “Kəpəz” - “Ağsu” yoxlama oyunu baş tutmayıb. Fanat.az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən I divizionun təmsilçisi matça gələ bilməyib. Son nəticədə məşqçilər korpusunun qərarına əsasən, komanda ikitərəfli oyunla kifayətlənib. 
Qeyd edək ki, “sarı-göylər” qış fasiləsi müddətində üç sınaq görüşü keçirib. Komanda öncə Yevlaxda əvəzedici (6:0) heyətlə, daha sonra Bakıda “Qaradağ Lökbatan” (1:2) və “Neftçi” (1:2) ilə qarşılaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər