Avropa Liqasının II təsnifat mərhələsində cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Kəpəz" bu gün ev oyununa çıxıb.
Gəncə təmsilçisi Avstriyanın “Admira” klubunu qəbul edib. Komandamız səfər oyununda "Admira"ya 0:1 hesabı ilə yenildiyindən mərhələ adlamaq üçün qapısını toxunulmaz saxlamalı və iki top vurmalı idi. Bunu bacarmayan "Kəpəz" əvəzində qapısında iki qol görərək Avroliqada mübarizəni dayandırıb.
Qeyd edək ki, "Admira" növbəti mərhələdə Çexiya təmsilçisi “Slovan”la (Liberets) qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
20 iyul
Kəpəz (Azərbaycan) - Admira (Avstriya) 0:2
Qollar: Kristof Knasmüllner, 17. Patrik Şmidt, 76.
Kəpəz: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Baybalayev (6. Ceyhun Cavadov, 46), 10. Dario Frederiko, 13. Şəhriyar Rahimov, 17. Nicat Qurbanov (19. Orxan Əliyev, 69), 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo (9. Tural Qürbətov, 82), 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 15. Azad Kərimov, 21. Novruz Məmmədov, 23. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Admira: 28. Yorq Siebenhandl, 4. Stepan Zviersçitz, 5. Tomas Ebner, 6. Markus Lakner, 7. Maksimilan Saks (55. İlter Ayyildiz, 54), 8. Kristof Knasmüllner (99. Florian Fiçerauer, 75), 10. Daniel Tot (k), 17. Dominik Starkl (16. Patrik Şmidt, 38), 20. Markus Paviç, 21. Markus Vosrtu, 27. Eldis Bayrami.
Ehtiyat oyunçular: 29. Manuel Kuttin, 2. Fabio Strauss, 9. Toni Vastiç, 25. Patrik Vesselu.
Baş məşqçi: Oliver Lederer.
Sarı vərəqələr: Tural Axundov, 11. Renan Alveş, 90 - Stepan Zviersçitz, 24. Markus Lakner, 58. Daniel Tot, 68.
Hakimlər: Vitali Meşkov, Valeri Dançenko, Maksim Qavrilin, Mixail Vilkov (Rusiya).
Bakı. “Dalğa Arena”.
Fanat.az