"Kəpəz" onu da geri qaytarır - SON DURUM

"Kəpəz" onu da geri qaytarır - SON DURUM

"Kəpəz" rəhbərliyi daha bir səhvini düzəltmək barədə düşünür.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin bossları bu yay gözlənilmədən klubdan göndərilən mətbuat katibi Azad Mustafayevi geri qaytarmağı planlaşdırırlar.

"Kəpəz"in idarəçiləri Azad bəyin yoxluğunda mətbuat və ictimaiyyətlə əlaqələrin səviyyəsinin aşağı düşdüyünün, klubun daha çox təzyiqlərə məruz qaldığının fərqindədirlər. 

Xatırladaq ki, 14 il "sarı-göylər"in sözçüsü funksiyasını yerinə yetirmiş Mustafayev avqustun 8-də heç bir səbəb göstərilmədən işdən çıxarılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər