"Kəpəz" Moldovadan zəfərlə dönür - Avropada ilk

"Kəpəz" Moldovadan zəfərlə dönür - Avropada ilk
Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir. Fanat.az xəbər verir ki, təmsilçimiz “Kəpəz” Moldovada meydana çıxıb.
 
Gəncə klubu "Daçiya"nın qonağı olub. Bakıdakı oyunda 0:0 hesablı heç-heçəyə razılaşan rəqiblərin Moldovadakı matçı 1:0 hesabı ilə yekunlaşıb. 57-ci dəqiqədə fərqlənən Dario Frederiko 16 il sonra avrokuboklara çıxan "Kəpəz"ə II təsnifat mərhələsinə vəsiqə qazandırıb.
Beləliklə, "Kəpəz" ilk dəfə avrokuboklarda mərhələ adlayıb. Belə ki, 1995/96 və 2000/01 mövsümlərində UEFA Kubokunda (indiki Avropa Liqası), 1997/98 mövsümündə Kuboklar Kubokunda, 1998/99 və 1999/2000 mövsümlərində Çempionlar Liqasında çıxış edən Gəncə klubu ilk mərhələdə uduzmuşdu.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
 
7 iyul
Daçiya (Moldova) - Kəpəz (Azərbaycan) 0:1
Qol: Dario Frederiko, 57.
Daçiya: 12. Dmitriu Seleadnik, 2. Andrey Slinkin, 4. Semion Bulqaru (k), 5. Vyaçeslav Posmak, 10. Aleksandru Bejan (25. Andrey Buqneaç, 72), 11. Denis Kojanov (9. İqor Buqayev, 77), 15. Sapol Mani (7. Rinar Valeyev, 67), 17. Yevgeni Kosiyuk, 19. Maksim Qavrilenko, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feşçuk.
Ehtiyat oyunçular: 16. Dorian Raylean, 6. Medzit Neziri, 27. Vasil Yardan, 29. Yaser Turkan.
Baş məşqçi: Oleq Bejenar. 
Kəpəz: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev (6. Ceyhun Cavadov, 67), 77. Serjinyo (9. Tural Qurbətov, 73), 10. Dario Frederiko, 17. Nicat Qurbanov (15. Azad Kərimov, 82), 90. Jülien Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov.
Baş məşqçi: Şahin Diniyev.
Sarı vərəqələr: Sapol Mani, 21. Semion Bulqaru, 48 - Serjinyo, 30. 
Hakimlər: Laşa Silaqava, Zaza Menteşaşvili, Levan Todria, Qoga Kikaçeişvili (Gürcüstan).
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya).
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).
Speya. “Speya” stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər