"Kəpəz" millini darmadağın etdi

"Kəpəz" millini darmadağın etdi

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, Gəncə klubu “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb.

Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”dən ilk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov görüşdə son nöqtəni qoyub.

Bu gün istirahət edəcək "Kəpəz" noyabrın 14-dən məşqləri bərpa edəcək. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər