"Kəpəz" milli üzvü ilə gücləndi

"Kəpəz" milli üzvü ilə gücləndi

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

Fanat.Az-ın məlumatına görə, Gəncə təmsilçisi "Sabah"ın sabiq qapıçısı Yusif İmanovu rənglərinə bağlayıb.

Azad agent statusu daşıyan 23 yaşlı qolkiper bu gün "sarı-göylər"ə qoşulub və komandanın məşqində iştirak edib.

Məlumatı dəqiqləşdirmək üçün "Kəpəz"in baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq. 44 yaşlı mütəxəssis İmanovun düşərgədə olduğunu təsdiqlədi.

Xatırladaq ki, Yusif iyul ayında ona qarşı klubda ayrıseçkilik olduğunu əsas gətirərək "bayquşlar"ın sıralarını tərk etmişdi. Sözügedən futbolçu Azərbaycan millisinin üzvüdür.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər