Premyer Liqada yaranmış fasilədən istifadə edən “Kəpəz” yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda Farer adaları ilə qarşılaşmaya hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb.
Bakı Olimpiya stadionunun ehtiyat meydançasında baş tutan görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az