"Kəpəz" kapitanı ilə yollarını ayırdı - RƏSMİ

"Kəpəz" kapitanı ilə yollarını ayırdı - RƏSMİ

"Kəpəz" belaruslu müdafiəçisi Yeqor Xvalko ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. 

Onunla müddəti başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, kapitan sarğısını daşıyan Xvalko son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. 28 yaşlı oyunçu Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 95 çempionat matçında 3 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər