"Kəpəz" iki legioneri ilə müqavilə yenilədi

"Kəpəz" iki legioneri ilə müqavilə yenilədi

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" iki futbolçu ilə müqavilə müddətini yeniləyib.

Fanat.Az "sarı-göylər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsümdən Gəncə təmilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər