"Kəpəz" növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda Gəncə təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb.
"Kəpəz" meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. "Kəpəz"in heyətində Bəxtiyar Soltanov fərqlənib. I divizion klubunun qollarını Rüfət Məmmədov və Sabir Allahquliyev vurub.
Fanat.az