"Kəpəz" Gəncədə məşqə çıxdı

"Kəpəz" Gəncədə məşqə çıxdı
Topaz Premyer Liqanın 34-cü  turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gedib.
Fanat.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda matçın keçiriləcəyi arenada saat 16:00-da məşqə çıxıb.
İsinmə hərəkətlərinin yerinə yetirilməsi illə başlayan hazırlıq prosesi təxminən 1 saat çəkib. Yüngül xarakter daşıyan məşq toplu çalışmalarla davam edib.
“Kəpəz”in zədəli futbolçusu Ceyhun Cavadov sağalmadığından yarımmüdafiəçi Gəncəyə gətirilməyib. Bu o deməkdir ki, Cavadov “Neftçi” ilə də oyunu buraxacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər