İyun ayının 11-də Türkiyəyə yollanan “Kəpəz” dünəndən təlim-məşq toplanışına başlayıb. Fanat.az xəbər verir ki, komanda Ərzurumda hazırlıq keçir.
“Sarı-göylər” səhər və axşam olmaqla gündə iki dəfə məşq edir. Toplanışın əsas hissəsi fiziki hazırlığın yüksəldilməsinə yönəlib. Ayın 21-nə kimi Ərzurumda qalacaq Gəncə klubu bu müddətdə iki yoxlama oyunu da keçirəcək.
Fanat.az