Topaz Premyer Liqanın XXV turu çərçivəsində keçirilən “Kəpəz” – “Xəzər Lənkəran” oyunundan (2:0) sonra istirahətə buraxılan Gəncə klubunun üzvləri bu gün bir araya gələcək.
Fanat.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda həftəsonu “Neftçi” ilə keçiriləcək səfər oyununa Bakıda hazırlığına başlayacaq.
“Sarı-göylər” həftəiçi hər gün saat saat 12:00-da məşqə çıxacaq.
“Kəpəz” qarşıdakı matç öncəsi son məşqini görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirəcək.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” görüşü martın 19-u saat 18:00-da başlayacaq.
Fanat.az