"Kəpəz" daha iki transferi rəsmiləşdirdi - FOTO

"Kəpəz" daha iki transferi rəsmiləşdirdi - FOTO
Ərzurumda hazırlıq keçən "Kəpəz”in düşərgəsinə iki yeni futbolçunun qoşuluduğunu diqqətinizə çatdırmışdıq. Bunlar Serjio Manuel Kosta Karneyro və Renan da Silva Alvesdi.
Hər iki futbolçu ilə bağlı baş məşqçi Şahin Diniyev yekun qərarını verib. Əldə etdiyimiz özəl məlumata görə, gəncəlilər təlim-məşq toplanışına cəlb edilən legionerlərin ikisi ilə də 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, qısa adı Serjinyo olan portuqaliyalı futbolçu ampluaca mərkəz yarımmüdafiəçisidir. Son klubu ölkəsinin "Trofense” komandası olub. Əvvəllər "Beira-Mar” və "Arouca” klublarında da çıxış etmiş 25 yaşlı orta xətt oyunçusu Portuqaliyanın 20 yaşlılardan ibarət yığma komandasının da şərəfini qoruyub. 
Adı Renan da Silva Alves olan digər futbolçu isə braziliyalıdır. Bir il öncə Portuqaliyaya gələn 23 yaşlı Alves mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Piriney ölkəsində klubu "Jil Visente” olub. (Sport7.az)
Renan da Silva Alves (solda)
"Kəpəz" daha iki transferi rəsmiləşdirdi - FOTO
Serjinyo (solda)
"Kəpəz" daha iki transferi rəsmiləşdirdi - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər