"Kəpəz" birini yendi, o birini gözləyir

"Kəpəz" birini yendi, o birini gözləyir

Bu gün “Kəpəz” növbəti sınaq matçını keçirib. Fanat.Az xəbər verir ki, gəncəlilər Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.

Şahin Diniyevin komandası Bakıda baş tutan yoxlama görüşünü 2:1 hesablı qələbəylə yekunlaşdırıb. Gəncə klubunun qollarını Fərid Məmmədovla Tural Rzayev vurub.

 

Axşam saatlarında Diniyevin yetirmələri bir matça da çıxacaq. “Kəpəz” aşağı liqa komandası “Zaqatala”yla üz-üzə gələcək.

 

Daha öncə Gəncə təmsilçisi MOİK (0:0) və AZAL-la (1:2) sınaq oyunları keçirmişdi.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər