"Kəpəz" Azər Məmmədova tapşırıldı - RƏSMİ

"Kəpəz" Azər Məmmədova tapşırıldı - RƏSMİ

"Kəpəz" klubu Azər Məmmədovu baş məşqi postuna gətirib.

Fanat.Az xəbər verir ki, məlumatı "sarı-göylər"in mətbuat xidməti yayıb. 

50 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzalanacaq.

Daha öncə Gəncə təmsilçisi Arif Əsədovla danışıq aparsa da, sözügedən çalışdırıcı rəhbərliyin təklif etdiyi şərtlərlə razılaşmayıb.

Xatırladaq ki, Məmmədov 2023-cü ildə də "Kəpəz"i çalışdırıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər