"Kəpəz" azarkeşləri Bakıya gəlir: "Qələbəyə inanırıq"

"Kəpəz" azarkeşləri Bakıya gəlir: "Qələbəyə inanırıq"
"Kəpəz" azarkeşləri sabah Bakıya gəlməyə hazırlaşır. Klub tərəfindən ayrılan ayrılan avtobusla 300 nəfər gələcək. Bundan başqa şəxsi avtomobillərlə gedənlər də olacaq". Bu sözləri Fanat.az-a "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev deyib.
Fan-klub rəhbəri komandaya inandıqlarını bildirib: "İnanırıq ki, sabah komandamız qələbə qazanacaq. "Kəpəz"in azarkeşləri Bakıdan gözüyaşlı yox, gülərüzlə yola salacağına inanımız sonsuzdur".
Elmar Əliyev klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevə təşəkkür edib: "Mətbuatda bəzi xəbərlər çıxdı. İstəməzdim ki, azarkeşlərimiz bu əhval-ruhiyyədə oyuna getsin. Elmir Vəliyevin klubumuza dəstəyi daim hiss olunur. Müşahidə Şurasının sədri azarkeşləri diqqətdən kənarda saxlamır. Fanatlar klubun bütün atributları ilə təmin edilib. Bütün səfər oyunlarına avtobus ayrılır. Sabahkı oyun üçün də avtobuslar ayrılıb. Heç bir klubun azarkeşlərinə belə şərait yaradılmır. Nə deyiriksə, əməl edirlər. Elmir Vəliyevə inanırıq və sona qədər də ona dəstək olacağıq".
Qeyd edək ki, "Kəpəz" sabah Avropa Liqasının II təsnifat mərhələsində Avstriyanın "Admira" klubunu qəbul edəcək. Komandamız səfərdəki ilk oyunda 0:1 hesabı ilə uduzub.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər