"Kəpəz" azarkeşləri AGİN-ə müraciət edəcək

"Kəpəz" azarkeşləri AGİN-ə müraciət edəcək

"Kəpəz" azarkeşləri Gənclər və İdman Nazirliyinə müraciət etməyə hazırlaşır. Bu barədə Fanat.az-a "Kəpəz" fan-klubunun rəhbəri Elmar Vəliyev məlumat verib.

Fan-klub rəhbərliyi bildirib ki, nazirlikdən Gəncə stadionun yenidən qurulmasını istəyəcəklər: "İnşallah, birinci gün müraciəti göndərəcəyik. Məlum olduğu kimi, Gəncə şəhər stadionu Gəncər və İdman Nazirliyinin balansındadı. Stadiondakı vəziyyəti hamınız bilirsiniz. Niyə Gəncə kimi şəhərdə normal stadion olmamalıdır? Ölkənin ikinci ən böyük şəhəri stadionsuz qalıb. Xahiş edirik ki, stadionun yenidən qurulmasını təmin eləsinlər. Gəncəlilərin ürəyi futbolla döyünür. 

İstəyirik ki, komandamız çempionat oyunlarını normal şəkildə Gəncədə keçirtsin, gələn mövsüm avrokubok oyunarını doğma meydanda oynasın. İnanıram ki, "Admira" ilə oyun Gəncədə keçirilsəydi, komandamız mərhələ keçərdi. Çünki stadiona ən azı 30 min azarkeş toplaşacaqdı, onlar rəqibi daim təzyiq altında saxlayıb, komandanı ruhlandıracaqdı. 

Hər şeyi də İcra Hakimiyyətindən gözləyə bilmərik. Sağ olsunlar, Gəncə futbolu, Kəpəz üçün əllərindən gələni edirlər, azarkeşlər üçün bütün şəraiti yaradırlar.

İnanırıq ki, gənclər və idman naziri Azad Rəhimov Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı göstərş verib, bizi sevindirəcək"

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər