"Kəpəz" 24 illik həsrətə son qoydu

"Kəpəz" 24 illik həsrətə son qoydu

"Kəpəz" "Qarabağ"la çempionat oyunlardakı qələbəsizliyə son qoyub.

Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi buna Misli Premyer Liqasının XVII turu çərçivəsində dünən "köhlənlər" üzərində 2:0 hesablı qələbə qazanmaqla nail olub.

Son qələbəsini 2002-ci il aprelin 6-da, evdə 3:0 hesabı ilə qazanan "Kəpəz" 37 qarşılaşmadan ibarət seriyanı qırıb. Bu, Azərbaycan çempionatlarının yüksək dəstəsində iki komanda arasındakı duellərdə ən uzun qələbəsizlik seriyasıdır. Bu görüşlərdən 30-da "Qarabağ" qalib gəlib, 7-si heç-heçə nəticələnib. Təxminən 24 ildən sonra rəqibinə qalib gələn "Kəpəz" 8694 gündən sonra bunu bacarıb.

Qərb təmsilçisi "Qarabağ" üzərində son səfər qələbəsini isə 9786 gün əvvəl – 1999-cu il aprelin 10-da əldə etmişdi – 2:0. Sonrakı 24 səfərdə 4 heç-heçə edən qərblilər 20 dəfə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər