“Kəpəz” Avropa Liqası və Topaz Premyer Liqasının yeni mövsümü üçün transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, 5 yerli futbolçunun keçidinə nail olan “sarı-göylər” daha iki oyunçunun xidmətində maraqlıdı.
Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yaybı. Hazırda bu istiqamətdə işlər gedir. Komandaya dəvət olunacaq futbolçular legioner olacaq. Klub həmin futbolçuların adlarını açıqlamayıb. Amma bildirilib ki, məşqçilər korpusunun hesabatına əsasən komanda mərkəz yarımmüdafiəçisi və son müdafiəçi mövqeləri üzrə oyunçulara ehtiyac duyur.
Qeyd edək ki, mövsüm başa çatan kimi Tərlan Quliyev, Namiq Ələsgərov, Juninyo, Elvin Cəbrayıllı, Xəzər Qəribov və Bəxtiyar Soltanovla yollarını ayıran Gəncə klubu "Xəzər Lənkəran"dan Vüqar Bəybalayevlə Tural Qürbətovu, "Zirə"dən Nicat Qurbanovu, "Rəvan"dan Novruz Məmmədovu və "Ağsu"dan Davud Kərimini transfer edib. Həmçinin "Qarabağ"dan Şəhriyar Əliyev daha bir illik icarəyə götürülüb.
Fanat.az