"Karvan-Yevlax"ın qapıçısı özünə yeni klub tapdı

"Karvan-Yevlax"ın qapıçısı özünə yeni klub tapdı

Premyer Liqada yerini qoruya bilməyərək 1-ci Liqaya yuvarlanan "Karvan-Yevlax"da növbəti ayrılıq yaşanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qapıçı Əmrah Bulud Aran təmsilçisini tərk edib.

Peşəkar futbola "Qəbələ"dən başlayan, vaxtilə "qırmızı-qaralar"ın U-19 komandasının heyətində UEFA Gənclər Liqasında "çərçivə"ni qoruyan qolkiper bu mövsüm "Karvan-Yevlax"da 2 çempionat və 2 kubok oyununa çıxıb. O, "Turan Tovuz" və "Araz-Naxçıvan"la Premyer Liqa matçlarında iştirak edib. Kubokda isə "Şəki" və "Qarabağ"la matçlarda forma geyib.

 2000 təvəllüdlü qapıçının artıq yeni klubu da bəllidir. O, 2-ci Liqa təmsilçisi "Şirvan"la anlaşıb.

Qeyd edək ki, "Şirvan" ötən mövsüm debütantı olduğu 2-ci Liqanı 4-cü yerdə başa vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər