"Karvan-Yevlax" hücumçusu ilə vidalaşdı

"Karvan-Yevlax" hücumçusu ilə vidalaşdı

"Karvan-Yevlax" bu yay heyətinə cəlb etdiyi hücumçu Ruslan Voronsovla vidalaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı 1-ci Liqa təmsilçisinin mətbuat xidməti yayıb.

Tərəflər arasındakı müqavilə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozulub.

Qeyd edək ki, 1-ci Liqanın ilk 3 turunda 6 xal toplayan "Karvan-Yevlax" turnir cədvəlinin 4-cü pilləsində mövqe tutub. Komandanı ötən mövsüm "Mingəçevir"in "sükanı arxası"nda olmuş Ramiz Məmmədov çalışdırır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər