"İnanırıq ki, "Kəpəz"lə oyunda 3 xal qazanan tərəf biz olacağıq" - "Karvan-Yevlax"ın hücumçusu

"İnanırıq ki, "Kəpəz"lə oyunda 3 xal qazanan tərəf biz olacağıq" - "Karvan-Yevlax"ın hücumçusu

"Neçə vaxtdir yeni stadionumuzun hazır olmasını gözləyirdik. Sevinirik ki, növbəti oyunumuzu öz doğma meydanımızda, azarkeşlərimizin önünde  oynayacağıq".

Bunu Fanat.Az-a açıqlamasında Misli Premyer Liqasının 12-ci turunda Yevlaxda "Kəpəz"i qəbul edəcək "Karvan-Yevlax"ın hücumçusu Uğur Cahangirov deyib.

Cari mövsümdə ilk dəfə evdə mübarizə aparacaq debütantın futbolçusu əlavə edib: "Bildiyiniz kimi, 11 turdur səfərdə oynayırdıq və bunun çətinliyini çəkirdik. Hətta deyərdim ki, biz öz meydanımızda oynasaydıq, bu gün 5 deyil daha çox xal toplaya bilərdik. Oyuna tam ciddi ve motivasyali şəkildə hazırlaşırıq. Komandada əhval-ruhiyyə yaxşı səviyyədədir. yaxşı səviyyədədir. İnanırıq ki, "Kəpəz"lə oyunda 3 xali götürən tərəf biz olacağıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər