"İlk 6 turluq dövr bizim üçün uğursuz oldu" - Zaur İsmayılov

"İlk 6 turluq dövr bizim üçün uğursuz oldu" - Zaur İsmayılov

Misli Premyer Liqasında 6-cı turda “Araz-Naxçıvan” “Şamaxıy”a 1:2 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisinin məşqçisi Zaur İsmayılov oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb:

"Rəqibi təbrik edirəm. İlk hissədə səhv oldu. Təəssüf ki, həmin səhvlər həlledici oldu və uduzduq. İlk 6 turluq dövr birmənalı uğursuz alındı. Fasilədə işimiz çox olacaq. Qol epizodların dəyərləndirilməsi və müdafiədəki səhvlər üzərində çalışmalıyıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər