"Gəncə" Lənkərandan qalib döndü

"Gəncə" Lənkərandan qalib döndü

Azərbaycan Basketbol Liqasında I tur davam edir.

Fanat.Az xəbər verir ki, yeni mövsümün ikinci oyun gününün matçları keçirilib.

I turun bugünkü iki qarşılaşmasından biri Bakıda, digəri paytaxtdan kənarda baş tutub. A qrupunda NTD “Abşeron”u qəbul edib. Gərgin keçən oyunda qonaq komanda qələbə qazanıb.

Mövsümün paytaxtdan kənardakı ilk qarşılaşması Lənkəranda keçirilib. B qrupunda çıxış edən eyniadlı komanda “Gəncə” ilə üz-üzə gəlib. Bu görüşdə də qonaqlar qələbə əldə ediblər.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası

I tur 19 oktyabr A qrupu NTD – “Abşeron” 69:75 (22:16, 12:15, 16:23, 19:21) Bakı İdman Sarayı

B qrupu "Lənkəran" - "Gəncə" 75:90 (20:31, 14:22, 21:17, 20:20) Lənkəran OİK

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər