"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şturm”a qalib gəldikləri matçda (2:0) zədələnən “Fənərbağça”nın futbolçusu Ceydon Ostervoldenin son vəziyyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, niderlandlı müdafiəçinin arxa bud vətərində qismən yırtıq aşkarlanıb.

İnformasiyanı İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı oyunçunun 6-8 həftə oynaya bilməyəcəyi gözlənilir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər