"Fənərbağça" prezidenti Sadettin Saran derbi öncəsi rekord mükafat vəd etdi

"Fənərbağça" prezidenti Sadettin Saran derbi öncəsi rekord mükafat vəd etdi

"Fənərbağça"nın prezidenti Sadettin Saran qarşıdakı “Qalatasaray” derbisi üçün komandanı xüsusi motivasiya etməyi hədəfləyir.

Fanat.Az xəbər verir ki, “Takvim” qəzetinin məlumatına əsasən, Saran futbolçulara 100 milyon TL dəyərində premya söz verib.

Klub rəhbərliyinin bu addımı komandanın kritik derbidə maksimum konsentrasiya ilə çıxış etməsi üçün atdığı mühüm psixoloji addım kimi dəyərləndirilir.

Qeyd edək ki, matç dekabrın 1-i Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər