"Fənərbağça" Lukaku üçün bu qədər ödəyəcək - MƏBLƏĞ

"Fənərbağça" Lukaku üçün bu qədər ödəyəcək - MƏBLƏĞ

"Fənərbağça" Romelu Lukakunu almaq üçün yeni təklif irəli sürüb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, İstanbul təmsilçisi belçikalı forvard üçün "Napoli"yə 6 milyon avro təklif edib.

Klublar arasında anlaşma yaxın görünür. Lukaku özü də Türkiyəyə gəlməyə müsbət baxır. 

Qeyd edək ki, Lukaku ötən mövsüm bütün turnirlərdə 7 matça çıxıb və 1 qola adını yazdırıb. Dünya çempionatında 6 görüş keçirən ulduz 3 dəfə topu tora qovuşdurub həmçinin 1 məhsuldar ötürmə edərək millisinin şərəfini qoruyub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər