"Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissədə meydana çıxmayın"

"Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissədə meydana çıxmayın"

Misir millisinin baş məşqçisi Husam Hasan DÇ-2026-nın qrup mərhələsində baş tutan Yeni Zelandiya ilə matçı (3:1) dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, oyundan sonra FİFA-nın mətbuat xidmətinə danışıb:

"Azarkeşlərin sayəsində özümüzü Misirdəki kimi hiss etdik. Stadion tamamilə dolu idi. Sanki Qahirə stadionunda idik. Həm buraya gələn, həm də Misirdə ekran başında gecələyən bütün xalqımızın hisslərini paylaşıram

Oyuna gəlincə, fasilədə futbolçulara dedim ki, qalib gəlməyə qətiyyətiniz yoxdursa və azarkeşlərin dəstəyindən qürur duyub özünüzə güvənməyəcəksinizsə, ikinci hissədə heç meydana çıxmayın. Salah meydanda çox ağır iş gördü. Mən onun təhlükəli tərəflərinə, bacarığına və keyfiyyətinə tam uyğun gələn mövqedə oynamasına icazə verən bəlkə də ilk məşqçiyəm. Onun üzərində çox işləmişik və gələcəkdə Salahdan daha çox şey görəcəyimizə əminəm. Bu nəslin öz gələcəyini formalaşdırmasını, yolunu təyin etməsini istədim. Biz həm yerli liqanın, həm də Afrika futbolunun səviyyəsini inkişaf etdirməyə davam etmək istəyirik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər