“Qarabağ”dan belə oyun gözləyirdik. Fasilədən sonra bizdən üstün göründülər". Fanat.Az xəbər verir ki, bu sözləri “Kopenhagen”in 27 yaşlı serb legioneri Uroş Matiç deyib.
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda Azərbaycan çempionunun qonağı olan və minimal hesablı yenilgiylə barışan Danimarka təmsilçisinin yarımmüdafiəçisi şərəfini qoruduğu klubun saytına danışıb. O, avqustun 23-də baş tutacaq cavab görüşündə "Qarabağ"ı məğlubiyyətə uğradacaqlarını söyləyib: “Qrupda oynamaq şansımızı itirməmişik. Sadəcə, birinci görüşdə uduzmuşuq. Evdə “Qarabağ”a qalib gələcəyik. Öz meydanımızda rəqiblərimizə nəyə qadir olduğumuzu gğstərməyi bacarırıq. Bunu “Vardar”la görüşdə də sübut etdik. Onlara da səfərdə 0:1 hesabı ilə uduzmuşduq. “Qarabağ”la oyuna tam hazır olacağıq”.
Fanat.Az